Heyət

Mədətova Şahzadə

Elmi işçi

Şahzadə Mədətova 17 aprel 1986-cı ildə anadan olmuşdur.

2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktorantura pilləsini, 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) İ, BİM və M (İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment) fakültəsinin kompüter  riyaziyyatı ixtisası üzrə magistr pilləsini, 2008-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat ixtisası üzrə bakalavr pilləsini müvəffəqiyyətlə bitirmişdir.

Şahzadə Mədətova təhsil aldığı müddətdə “Dövlətin qanunvericilik və inzibatçılıq səylərinin vergi daxilolmalarına təsirinin qiymətləndirilməsi” mövzusunda namizədlik dissertasiyasını müddətindən əvvəl uğurla tamamlayaraq, hazırda müdafiə mərhələsindədir. Elmi rəhbəri AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif  Fərhad oğlu Musayevdir.

Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) başlamışdır. 03 oktyabr 2011-ci ildən 05.09.2017-ci ilədək AMEA-da elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 2012-2017-ci illərdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvü (gənc alim), 2012-2015-ci illərdə isə AMEA İTİ GAMŞ katibi olmuşdur.

Ş.Q.Mədətova eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “iqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının müəllimidir.

2019-cu ildə AR Gənclər və İdman Nazirliyi, Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş rayon tədbirlərinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə” Fəxri Fərman ilə təltif edilmişdir.

2019-cu ildə AR Gənclər və İdman Nazirliyi, Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən ““2 Fevral – Azərbaycan gəncləri günü” münasibətilə və Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə” Fəxri Fərman ilə təltif edilmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ““2 Fevral – Azərbaycan gəncləri günü” münasibəti ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 2020-ci il 31 yanvar tarixli 28 nömrəli sərancamı ilə Fəxri Fərmanla təltif edilmişdir.

24-25 may 2016-cı ildə keçirilən “Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı”nın Rəsmi açılışının Təhsil Nazirliyi tərəfindən seçilmiş məruzəçisi olmuşdur.

AMEA Rəyasət Heyətinin "AMEA İqtisadiyyat İnstitunun 60 illiyinin keçirilməsi haqqında" 14 fevral 2018-ci il tarixli qərarını, İqtisadiyyat İnstitutunun Elmi Şurasının 06 oktyabr 2017-ci il tarixli qərarını əsas tutaraq, AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məkəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə gənc iqtisadçı tədqiqatçılar arasında elmi məqalə müsabiqəsinin qalibidir.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı qrant layihəsinin rəhbəri, 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun elan etdiyi elmi-tədqiqat layihələri üzrə müsabiqəsində “Multidissiplinar tətbiq sahələrinə malik aktiv antioksidant maddələrin alınması, tədqiqi yollarının elmi əsaslarının işlənib hazırlanması” layihəsinin icraçısı, Azərbaycan Dövlət Neft Şirkəti 2018-ci il üzrə elan etdiyi “Mədən texnoloji yığım-nəql boru kəmərlərinin korroziyasına qarşı mübarizə üsullarının işlənməsi” layihəsinin icraçısı olmuşdur.

Ş.Q.Mədətova 30-dan artıq elmi məqalənin müəllifidir (bunlardan 6-sı xarici dövlətlərin nüfuzlu elmi jurnal və konfrans materiallarında çap olunmuşdur). Beynəlxalq və Respublika əhəmiyyətli konfranslarda iştirak etmişdir.