Mərkəzin tarixi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi xalqımızın ulu öndəri Heydər Əliyevin 2001-ci il 19 iyul tarixdə imzaladığı  «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair 539 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı ilə yaradılmışdır

Tədris Mərkəzinin yeni kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Şamaxı rayonunun Nağaraxana kəndində, Böyük Qafqaz sıra dağlarına aid olan və dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən ərazidə, ekoloji baxımdan əlverişli məkanda inşa edilmişdir. 2011-ci ilin sentyabr ayının 13-də cənab İlham Əliyevin iştirakı ilə  müasir memarlıq üslubunda tikilmiş kompleksin açılışı olmuşdur. Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanlarını verən texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilmişdir.

Vergilər nazirinin “Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 23 yanvar 2012-ci il tarixli əmrinə əsasən Tədris Mərkəzi Şamaxıda yerləşən yeni inzibati binada öz fəaliyyətini davam etdirir.

Bu istiqamətdə aparılan dövlət siyasətinin əsas məqsədi Azərbaycanın bütün regionlarının inkişafının çox mühüm məsələ kimi diqqətdə olmasından,  əməkdaşların tədris müddətində sərbəst olmalarından, yəni iş yerlərindən və məişət problemlərindən kənar olmalarının təmin edilməsindən ibarətdir.

Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə 2016-cı ilin iyul ayından başlanılıb. Mərkəzin beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi məqsədilə Almaniyanın “TUV Thuringen e.V” şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılıb. Audit zamanı Mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, Tədris Mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, Mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılıb. Auditin nəticələrinə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.