MƏRKƏZ HAQQINDA

 

Mərkəzin strukturu, işçilərin say həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tədris Mərkəzində bilavasitə təlim proseslərində iştirak edən 30 əməkdaş çalışır. Onlardan 7 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktorlarıdır. Mərkəzin texniki-yardımçı heyəti isə 29 nəfərdən ibarətdir

Tədris Mərkəzinin ümumi ərazisi - 2,1 hektardır.

 Tədris binasının ümumi sahəsi 1900 kv.m-dir. O cümlədən:

  • Böyük konfrans zalı (250 nəfərlik) – 290 kv.m.  
  • Vergi Muzeyi – 210 kv.m.
  • Kiçik konfrans zalı – (64 nəfərlik) – 80 kv.m. 
  • İmtahan otağı (40 nəfərlik) – 70 kv.m. 
  • 3 auditoriya (hər biri 20 nəfərlik) – 230 kv.m. 
  • Ulu öndər H.Əliyevin büstü, qeydiyyat, yeməkxana (150 nəfərlik) – 240 kv.m. 

İnzibatı binanın sahəsi 1800 kv.m-dir. O cümlədən:

  • 1-ci mərtəbədə 14 otaq, sahəsi 400 kv.m.  Onlayn təlim otağı (34 nəfərlik) – 70 kv.m. 
  • 2-ci mərtəbədə 15 otaq, sahəsi 430 kv.m.  Kitabxana - 36 kv.m., oxu zalının - 18 kv.m.
  • 3-cü mansard mərtəbədə 15 yataq otağı.

Tədris Mərkəzinin nəzdində kitabxana və oxu zalı fəaliyyət göstərir. Kitabxana fondu 1350 kitabdan ibarətdir. Bunlardan 500 kitab bəddi ədəbiyyat, 120 kitab siyası ədəbiyyat, 730 kitab isə qanunvericilik və vergitutmanın müxtəlif problemlərinə həsr olunmuş ədəbiyyatdır.

Yeməkxana Mərkəzin əsas binasının birinci mərtəbəsində yerləşir. 150 nəfərlik bir dəfəlik yemək təqdim etmək imkanı vardır. Yeməkxanada həftəlik menyu tərtib edilir. Yeməkxana səhər saat 6-dan axşam saat 9-dək fəaliyyət göstərir. Səhər yeməyi saat 7-dən 9-dək, nahar yeməyi saat 12.30-dan 14.30-dək, şam yeməyi 18.30-dan 20.30-dək təşkil edilir. Yeməklər qrup sifarişi şəklində də təşkil edilə bilər.

Tədris Mərkəzində 4 mərtəbəli (inzibati binanın bir mərtəbəsində də) yataqxana dinləyicilərin və qonaqların ixtiyarına verilmişdir. Yataqxana 48 otaqdan ibarət olmaqla, sahəsi 2400 kv.m. təşkil edir. Bunlardan 9 otaq 1 nəfərlik, 39 otaq isə 2 nəfərlikdir. Bundan başqa 15 qonaq otağı da vardır. Yataq yerlərinin ümumi sayı 111-dir. Yataqxanada həkim otağı, camaşırxana, ütü otağı və digər xidmətlər fəaliyyət göstərir.

İdman-sağlamlıq mərkəzinin ərazisi 420 kv.m-dir. İdman-sağlamlıq mərkəzində hovuz (110 kv.m.), quru və buxarla işləyən sauna, duş otaqları, trenajor və vitamin bar fəaliyyət göstərir. Mərkəz müəyyən edilmiş qrafik əsasında (qadınlar əməkdaşların, kişi əməkdaşların, qadın dinləyicilərin və kişi dinləyicilərin hər biri üçün ayrılıqda) xidmət göstərir.

Tibb otağı – 16 kv.m. 

2 ədəd qonaq evinin ərazisi (hər birində 2 mənzil) – 560 kv.m. 

Əməkdaşlar üçün 2 ədəd yaşayış binasının ərazisi 1680 kv.m. 

Tədris Mərkəzinin Elmi Şurasında onun fəaliyyətinin əsas məsələləri müzakirə edilir. Elmi Şuranın Əsasnaməsi və tərkibi Azərbaycan Respublikasının vergilər nazirinin əmri ilə təsdiq edilir. Mərkəzin Elmi Şurasının tərkibinə rəis, onun müavinləri, kafedra müdirləri, elmitədqiqat bölməsinin, tədris və metodika şöbəsinin rəisləri daxildir.

 

  Əlavə məlumat yüklə