Vergilər Nazirliyinin Tədris Mərkəzi
Qış məktəbləri təşkil edir
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi gənclərin karyera hazırlığının təşkili, iqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması,potensiallı gənclərin vergi orqanlarında işləməyə həvəsləndirilməsi və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədilə Qış Məktəbləri təşkil edir.
Qış Məktəblərinin cari ilin yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulmuşdur. Proqram 3-4 gün müddətində davam edəcək və sonda iştirakçılara Tədris Mərkəzinin sertifikatları veriləcəkdir.
Qış Məktəbi proqramına daxildir:
Proqram boyu Vergi Məcəlləsinə dair praktiki biliklər, Vergi qanunvericiliyində son dəyişikliklər və onların şərhi, Biznesə başlamaq istəyən gənclər üçün vergi məsləhətləri,Mühasibat uçotu və maliyyə savadlığının artırılmasına dair təlimlər təşkil olunur.
Əlavə məlumat üçün əlaqə nömrələrinə müraciət edə bilərsiniz.
(+99412) 403-88-72
(+99450) 254-49-69
(+99450) 254-33-13