"Onlayn təlim" sistemi - Elektron təhsil texnologiyalarının tətbiqi ilə dövlət vergi orqanı əməkdaşları üçün virtual və müstəqil öyrənmə mühitinin formalaşdırılmasına, elektron təhsilin tətbiqinin genişləndirilməsinə və distant (məsafədən) təhsilalma formasında təlimlərin keçirilməsinə imkan verən sistemdir. Distant təhsilalma forması tətbiq edilməklə təşkil olunan təlim üçün “Onlayn təlim” sistemində virtual tədris otağı yaradılır. Virtual tədris otaqları üzrə video görüntü müvafiq vergi orqanlarının inzibati binalarında və Tədris Mərkəzində yaradılan xüsusi otaqlarda (virtual tədris otağı üzrə məkanlarda) yerləşdirilmiş texniki vasitələrlə yayımlanır.
Vergilər Nazirliyində funksional fəaliyyət sahələri üzrə qısamüddətli təlimlər “Onlayn təlim” sistemi vasitəsilə təşkil olunur.
“Onlayn təlim” sisteminin tətbiqinin məqsədləri:
-
innovativ texnologiya əsasında interaktiv təlimlərin təşkil olunması;
-
təlim prosesinə qeyri-məhdud sayda iştirakçıların cəlb edilməsi;
-
təlimlərin keçirilməsinə sərf olunan maliyyə vəsaitlərinin effektiv istifadəsi, insan resurslarının daha səmərəli idarə olunması;
-
yerli və xarici mütəxəssislərin təlim prosesinə təlimçi qismində distant (məsafədən) cəlb olunması;
-
əməkdaşların fərdi hazırlığı və inkişafına şəraitin yaradılması;
-
dinləyicilər üçün təlim materiallarının qabaqcadan öyrənilməsi, tədris prosesində və ondan əvvəl mövzu ilə bağlı sual və təkliflərin təqdim olunması imkanlarının yaradılması;
-
müxtəlif mövzular üzrə qısa müddətdə təlimlərin təşkili və təlimçilərin mobilliyinin təmin olunması;
-
təlim prosesində çoxfunksiyalı elektron alətlərdən istifadə imkanlarının yaradılması vasitəsilə təlimlərin keyfiyyətinin yüksəldilməsi;
-
təlim prosesində iştirak edəcək əməkdaşların ezam edilməsi hallarının minimuma endirilməsi;
-
qısa müddətli təlimlər üzrə vahid elektron məlumat bazasının yaradılması;
-
eyni anda bir neçə virtual tədris otağında onlayn təlimlərin keçirilməsi;
-
Nazirliyin struktur vahid və bölmələrinin təlim tələbatlarının elektron təhsil texnologiyaları əsasında qarşılanması;
-
təlimlərin qiymətləndirilməsinin təşkili və əldə edilən nəticələrin təlimlərin təkmilləşdirilməsində istifadə edilməsi.
“Onlayn təlim” sisteminin idarə olunması və təkmilləşdirilməsi Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən təmin edilir.