XƏBƏRLƏR

Hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslər üçün təlimin keçirilmişdir

Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində monitorinq subyektləri və vergi orqanı əməkdaşları üçün Təlim Strategiyası”nda nəzərdə tutulmuş monitorinq subyektlərinin potensialının artırılması məqsədilə hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən, 69100 və 69201 fəaliyyət kodu ilə məşğul olan, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən hüquqi şəxslər üçün Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin inzibati binasında 27 dekabr 2019-cu il tarixdə təlim keçirilmiş və təlimdə 20 hüquqi şəxsin nümayəndəsi iştirak etmişdir

Təlimdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun  yaranma səbəbləri, qanun üzrə nəzarət subyektlərinin öhdəlikləri, qanunvericiliyə riayət edilməməsinə görə məsuliyyət və Hüquq xidmətləri, mühasibat və vergi məsləhətləri xidmətləri göstərən şəxslər tərəfindən müvafiq qanunvericiliklə öhdəliklərin yerinə yertirilməsi məsələləri müzakirə edilmişdir.

Təlimdə təlimçi qismində Vergi auditi baş idarəsinin Audit şöbəsinin baş dövlət vergi müfəttişi Dəyanəd Hüseynzadə, Maliyyə Monitorinq Xidməti Hüquq departamentinin rəisi Azər Abbasov  və hüquqşünası Əmrah Rəhimov iştirak etmişdir.