Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda Respublika Elmi Konfransı keçirilib. Konfransda Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı ilə əlaqədar imzaladığı Strateji Yol Xəritələri haqqında UNEC-in rektoru, professor Ədalət Muradov geniş məruzə ilə çıxış etmişdir.
Konfransda Vergilər Nazirliyinin Tədris Mərkəzini rəis müavini Mirəli Kazımov təmsil etmişdir.
Konfransda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun, 5-ci çağırış Milli Məclisin deputatı Tahir Mirkişilinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin və digərlərinin məruzələri dinlənilmişdir.
Konfrans işini “Azərbaycan iqtisadiyyatının müasir vəziyyəti və inkişaf problemləri”, “İqtisadi islahatlar: sahibkarlığın inkişafı və iqtisadi diversifikasiyası”, “Azərbaycanın müasir maliyyə sistemi: yeni çağırışlar və perspektivlər” və “Azərbaycan qlobal iqtisadiyyat sistemində: yeni imkanlar və perspektivlər” adlı bölmələrdə davam etdirmişdir.