XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlimlər başa çatıb

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” üztə təlim kurslarının təşkili və keçirilməsi ilə əlaqədar Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında 14 avqust 2019-cu il tarixdən 24 oktyabr 2019-cu il tarixədək olan müddətdə dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş əməkdaşlar üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə ilkin peşə hazırlığı təlimləri təşkil edilib.

Təlimlərə bəyannamələrin kameral yoxlanılması və iqtisadi təhlil, vergi auditi, operativ vergi nəzarəti və vergi ödəyicilərinə xidmət sahələrində fəaliyyət göstərən 78 nəfər əməkdaş cəlb edilib.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, vergi inzibatçılığının tətbiqinin sahə xüsusiyyətləri (bəyannamələrin kameral yoxlanılması və iqtisadi təhlil, vergi auditi, operativ vergi nəzarəti və vergi ödəyicilərinə xidmət sahələri üzrə), ümumiqtisadi mövzular, mühasibat uçotu, idarəetmə və maliyyə savadlılığının artırılması üzrə mövzular, “Microsoft Office” proqramları, hüquqi biliklər üzrə mövzular, vergi orqanlarında xidmətkeçmə, AVİS-in alt sistemindən istifadə qaydaları ilə əlaqədar mövzular tədris olunub.

22-23 oktyabr 2019-cu il tarixlərdə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlərə cəlb edilmiş əməkdaşlar tərəfindən əvvəlcədən seçilmiş sərbəst mövzuların təqdimatı keçirilib.

Kursun yekunu üzrə, 24 oktyabr 2019-cu il tarixdə AVİS-də real vaxt rejimdə test üsulu ilə qiymətləndirmə keçirilib. Qiymətləndirmə prosesində iştirak etmiş 78 nəfər stajçı əməkdaşlardan 36 nəfəri “əla” (91% və daha yuxarı – 46,2%), 33 nəfəri “yaxşı” (81–90% - 42,3%) və 9 nəfəri “kafi” (70–80% - 11,5%) qiymət alıb. Qrupların ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticələri 65,1%, yekun qiymətləndirmə üzrə orta nəticələri 88,3%, ümumilikdə artım fərqi +23,2 bənd olub.

İmtahanın nəticələri protokollaşdırılmışdır.