XƏBƏRLƏR

İnnovativ Təhlil Platforması üzrə Seminar keçirilmişdir.

21-22 iyun 2019-cu il tarixlərində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində Technofusion və İvy Coast şirkətlərinin müştərək əməkdaşlığı nəticəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün yaradılmış İnnovativ Təhlil Platforması üzrə Seminar keçirilmişdir. 

Seminarda Azərbaycan Respublikasının Vergilər Nazirliyinin əməkdaşları yeni təhlil platformasından istifadə, məlumatların çevik formada təhlili və yeni analitik alətlər üzrə bilgilər əldə etmişlər. Yeni Platformanın tətbiqi nəticəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün vergi ödəyiciləri ilə geniş qarşılıqlı əlaqə, ödənişlərin və vergidən yayınma hallarının qarşısının alınması üçün geniş imkanlar yaranacaq.