XƏBƏRLƏR

Vergi cinayətlərinin araşdırılması sahəsində ixtisasartırma kursları təşkil edilib

Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması məqsədilə Vergilər Nazirliyinin müvafiq əmirləri ilə  26 fevral – 29 mart, 18 mart – 15 mart və 13 mart - 12 aprel 2019-cu il tarixlərdə Tədris Mərkəzi tərəfindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin inzibatı binasında “Vergi cinayətlərinin ibtidai araşdırılması sahəsində (əməliyyat sahəsi üzrə vergi inzibatçığı)” mövzusunda ənənəvi təhsil sistemi tətbiq edilməklə ixtisasartırma kursları təşkil edilib.

Tədris-mövzu planına “Vergi qanunvericiliyinin tətbiqi” və “Vergi inzibatçılğı” mövzularından  başqa, əməliyyat sahəsinə aid edilən “Əməliyyat-axtarış fəaliyyəti, cinayət və cinayət-prossesual qanunvericiliyi”, “Təhqiqatı və istintaqı vergi orqanlarının səlahiyyətlərinə aid olan cinayətlər və onların tərkib əlamətləri, “Agentura işinin anlayışı və təyinatı, elmi,psixloji, hüquqi əsasları və təşkili. Məxfi əməkdaşlığa cəlb edilən şəxslərin təsnifatı. Vətəndaşların məxfi əməkdaşlığa cəlb edilməsinin qaydaları və rəsmiləşdirilməsi. Vergi orqanları ilə məxfi əməkdaşlığa namizədlərin seçilməsi, öyrənilməsi və cəlb edilməsi. Məxfi əməkdaşlarla əlaqənin forma və üsulları, onlardan alınan məlumatların rəsmiləşdirilməsi, yoxlanılması və istifadə ediməsi istiqamətləri və qaydaları”, “Nəzarət qaydasında mal alınması, nəzarətli göndəriş əməliyyat-axtarış tədbirlərinin təşkili və keçirilməsinin hüquqi əsasları, nəticələrinin sənədləşdirilməsi və istifadə edilməsi qaydaları”, “Əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış
modelinin tətbiqi, cinayətkar qruplara, kriminogen obyektlərə daxil edilməsi, hüquqi şəxsin yaradılması əməliyyat-axtarış tədbirlərinin təşkili və keçirilməsinin hüquqi əsasları, taktikaları, nəticələrinin sənədləşdirilməsi və istifadə edilməsi qaydaları”, “Əməliyyat-qeydiyyat işləri onların açılmasının və onlar üzrə icraatın qanvericilik əsasları. Əməliyyat-tədqiqi materialların realizasiyası mərhələsində əməliyyat bölməsinin əməkdaşı ilə müstəntiqin qarşılıqlı əlaqəsi”, “Əməliyyat aparatlarının fəaliyyətinə nəzarət (idarə, məhkəmə və prokuror nəzarəti). Əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericiliyin və məxfilik rejim qaydalarının pozulmasının tipik halları və onlara görə məsuliyyət”, “Vergi orqanlarının informasiya sistemləri və onlardan xidməti fəaliyyətdə istifadə qaydaları. Gömrük orqanlarının fəaliyyətində digər dövlət orqnları və   qeyri-hökümət təşkilatlarinin informasiya sistemlərindən istifadə edilməsi  (DİN, VN, ƏN DGK, İnterpolun MMB və s.)”, “Korrupsiyaya qarşı mübarizənin bəzi nəzəri və təcrübi aspektləri”, “Əşya və sənədlərin tədqiqi”, “Hüquqi şəxsin yaradılması”, “Vətəndaşların məxfi əməkdaşlığa cəlb edilməsi”, “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”, “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər” mövzuları tədris olunub.

İxtisasartırma kurslarına 76 tədris saatı ayrılmışdı.

Kurslara təlimçi kimi Tədris Mərkəzinin müəllimləri ilə yanaşı, respublikanın digər ali məktəblərindən də professor və müəllim heyəti cəlb edilib. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük  Komitəsinin Akademiyasının “İxtisas fənləri” kafedrasının baş müəllimi Hüseynov Şahin İslam oğlu, Bakı Dövlət Universitetin “Kriminalistika və Məhkəmə ekspertizası” kafedrasının müdiri, h.e.d., professor Səlimov Kamil Nazim oğlu və “Vaxtın idarə olunması” mövzusunu tədris edən müstəqil ekspert  Fəxri Ağayev təlimlərə təlimçi qismində cəlb edilib.  

Təlimə bu sahədə çalışan 58 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilib.