Vergilər Nazirliyinin Tədris Mərkəzi 03.12.2018-06.12.2018-ci il tarixlərində Masallı Rayon Asan Xidmət Mərkəzi,Lənkəran Gənclər və İdman İdarəsinin fəal üzvləri,Lənkəran Dövlət Universitetinin bir qrup tələbəsi üçün seminar təşkil etmişdir.Seminarlarda 250-dən artıq gənc iştirak etmişdir.
Tədbirdə Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev Mərkəzin fəaliyyəti haqqında tələbələri məlumatlandırmışdır.Daha sonra Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi Orxan Balayev iştirakçılara verginin büdcədə rolu və gənclərin biznes hazırlığı mövzularında seminar keçmişdir.
Gəncləri maraqlandıran suallar Tədris Mərkəzinin müəllimləri tərəfindən cavablandırılmışdır.