XƏBƏRLƏR

Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi prosesində beynəlxalq təcrübədən yerli tədbirlərə: vergi siyasətinə təsirlər hansılardır?

i.ü.f.d. Əliyev Aqşin Vüqar oğlu

Vergilər Nazirliyinin Tədris Mərkəzi

İqtisadiyyat və menecment kafedrasının müəllimi

Xülasə

Tədqiqatın məqsədi – beynəlxalq təcrübədə DİM-lərin həyata keçirilməsi prosesində vergi siyasətinin iştirakının qiymətləndirilməsi və Azərbaycanda bu fəaliyyətin vergi siyasətinə təsirlərinin müzakirəsi Tədqiqatın metodologiyası – müqayisəli təhlil və tematik təhlil Tədqiqatın nəticələri – Məqsəd 1, Məqsəd 8, Məqsəd 16 və Məqsəd 17-nin tətbiqi ölkədə iqtisadi artımı və dövlət gəlirlərini artırmaqla vergi siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Tədqiqatın məhdudiyyətləri – bəzi məqsədlərin yerli səviyyədə tətbiqinin nəticələrinə dair kifayət qədər məlumatın olmaması Tədqiqatın praktiki əhəmiyyəti – ölkə daxilində DİM-in tətbiqi prosesi çərçivəsində vergi siyasətini təkmilləşdirmək məqsədilə tövsiyələrin təqdim olunması Tədqiqatın orijinallığı/elmi yeniliyi – Azərbaycanda DİM-in tətbiqinin vergi siyasətinə təsirlərinin araşdırılması Açar sözlər: BMT, Dayanıqlı İnkişaf Məqsədləri, iqtisadi inkişaf, vergi siyasəti