XƏBƏRLƏR

“E-audit və ACL- in əsasları” mövzusunda innovasiya təlimi keçirilmişdir.

Vergilər Nazirliyinin 5 oktyabr 2016-cı il tarixli 1617041701529500 nömrəli əmri ilə 10 oktyabr 2016-cı il tarixdən 13 oktyabr 2016-cı il tarixdək  “E-audit və ACL-in əsasları” mövzusunda Tədris Mərkəzində təlim təşkil edilmişdir. 

Təlimə bu sahədə çalışan 9 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Təlim nazirliyin audit və elektron audit sahəsində çalışan əməkdaşları üçün nəzərdə tutulmuşdu. Təlimin keçirilməsində əsas məqsəd elektron audit texnologiyalarının tətbiqinin genişləndirilməsi olmuşdur.

Təlimin gündəliyinə “E-auditin əsasları”, “E-audit keçirilməli olan vergi ödəyicilərinin müəyyən edilməsi, E-auditin keçirilməsi”, “ACL-in əsasları”, “ACL-də istifadə olunan komanda və funksiyalar”, “1C:Mühasibatlıq proqramından istifadə edən vergi ödəyicilərində E-auditin aparılması”, “Təlimçilər üçün hazırlanmış praktiki hallar üzrə keçirilmiş materialların tətbiq edilməsinin qiymətləndirilməsi, E-auditin nəticələrinin rəsmiləşdirilməsi” mövzuları daxil edilmiş və tədris olunmuşdur. 

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bank, sığorta və rabitə sahələri üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Salmanov Rüfət Əziz oğlu, Bəyannamələr idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Həsənov Rüstəm Şamxal oğlu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin böyük dövlət vergi müfəttişləri Mollayev Anar İmran oğlu və Hacıyev Samir Malik oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

Təlimin yekunu üzrə 13 oktyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanın yekununda Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Topdan ticarət sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi İslamlı Teymur Xeyrulla oğlu, Bank, sığorta və rabitə sahələri üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Salmanov Rüfət Əziz oğlu, Bəyannamələr idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Həsənov Rüstəm Şamxal oğlu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin böyük dövlət vergi müfəttişləri Mollayev Anar İmran oğlu və Hacıyev Samir Malik oğlu yüksək nəticələr göstərmişlər.