XƏBƏRLƏR

Növbəti Sertifikatlaşdırma təlimi başa çatdı.

Vergilər Nazirliyinin müvafiq əmri ilə 5 oktyabr 2016-cı il tarixdən 11 oktyabr 2016-cı il tarixədək olan müddətdə “Bəyannamələrin kameral yoxlaması və vergidən yayınma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 20 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. 9 saylı Ərazi Vergilər idarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin baş dövlət vergi müfəttişi Mustafayeva Ramilə Şahməmməd qızı təlimlərdə iştirak etməmişdir.   

Tədris-mövzu planına “İqtisadi sahələr üzrə kameral vergi yoxlamaları zamanı əlavə təhlillərin aparılması”, “Bəyannamələrin kameral qaydada yoxlanılması”, “AVİS-in “Elektron bəyannamə”, “Vergi Hesab-Faktura (VHF)”, “ƏDV-nin depozit hesabı”, “Şəxsi hesab vərəqəsi (ŞHV)”, “Elektron bəyannamə” (e-Bəyannamə) və “Online sadələşdirilmiş verginin bəyannaməsi” alt sistemlərindən istifadə”, “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması və digər borcların  ödənilməsi  hesabına aid edilməsi” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 20 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin baş dövlət vergi müfəttişi Bədəlova Zöhrə Əliriza qızı, 2-ci bölməsinin rəisi İsmayılov Rauf Nizami oğlu, 5 saylı Ərazi Vergilər idarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin rəisi Allahyarova Sevinc Arif qızı və 13 saylı Ərazi Vergilər idarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin baş dövlət vergi müfəttişi Baliyev Kamil Sədəddin oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Bəyannamələrin kameral yoxlaması və vergidən yayınma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 11 oktyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 19 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 87,1% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 3 nəfəri 1-ci dərəcəli, 15 nəfəri 2-ci dərəcəli, 1 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin baş dövlət vergi müfəttişi Bədəlova Zöhrə Əliriza qızı, 2-ci bölməsinin rəisi İsmayılov Rauf Nizami oğlu və 13 saylı Ərazi Vergilər idarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin baş dövlət vergi müfəttişi Baliyev Kamil Sədəddin oğlu 1-ci dərəcəli sertifikat almışlar.