Vergilər Nazirliyinin müvafiq əmri ilə 3 oktyabr 2016-cı il tarixdən 11 oktyabr 2016-cı il tarixədək olan müddətdə “Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.
Təlimə bu sahədə çalışan 18 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Digər xidmət sahələri üzrə audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi İsakov Əzizağa Kamil oğlu və 2 saylı Ərazi Vergilər Departamentinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş Ələkbərov Ağadadaş Həbibulla oğlu və xəstəlik ilə əlaqədar olaraq təlimlərdə iştirak etməmişlər.
Tədris-mövzu planına “Vergi auditinin formaları, vergi auditinin təşkili prinsipləri, vergi auditi ilə əhatə edilən dövr”, “Yoxlamada iştirak edən şəxslərin müəyyən edilməsi. Vergi auditi ilə əhatə edilən elementlər. Vergi auditi zamanı tövsiyə olunan xüsusatlar”, “Sahələr üzrə gəlirlərin düzgünlüyünün yoxlanılması, xərclərin düzgünlüyünün yoxlanılması, vergilərin hesablanmasının düzgünlüyünün yoxlanılması”, “Vergi auditinin mərhələləri. Vergi auditinə başlama və ümumi tələblər”, AVİS-in “Audit (səyyar)” alt sistemindən istifadə, “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili”, “Mühasibat uçotu”, “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş mühasibat uçotu” mövzuları daxil edilmiş və tədris olunmuşdur.
Təlimə 40 tədris saatı ayrılmış və 7 gün davam etmişdir.
Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Səhiyyə sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Budaqova Aidə Tahir qızı, Vergi borclarının alınması idarəsinin 3-cü şöbəsinin dövlət vergi müfəttişi Mirzəyev Elvir Rafiq oğlu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Audit İdarəsinin E-audit şöbəsinin baş dövlət vergi müfəttişi Məmmədov Elşən Ramiz oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.
“Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 11 oktyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 16 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
Qrup üzrə yekun nəticə 87,1% olmuşdur.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 2 nəfəri 1-ci dərəcəli, 6 nəfəri 2-ci dərəcəli, 5 nəfəri isə 3-cü dərəcəli sertifikat almışlar.
Vergilər Nazirliyi yanında Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin 3-cü şöbəsinin dövlət vergi müfəttişi Mirzəyev Elvir Rafiq oğlu və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Audit İdarəsinin E-audit şöbəsinin baş dövlət vergi müfəttişi Məmmədov Elşən Ramiz oğlu 1-ci dərəcəli sertifikat almışlar.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İstehsal sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Ağayev Ağa Qulam oğlu, 2-ci şöbəsinin dövlət vergi müfəttişi Abbasov Cəmaləddin Əmir oğlu və 6 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Nuriyev Əlizamin Əliməmməd oğlu imtahanda qeyri-kafi qiymət almışlar.