XƏBƏRLƏR

“Təlimin əsasları” mövzusunda 30 sentyabr 2016-cı il tarixində təlim təşkil edilmişdir.

Vergilər Nazirliyinin müvafiq əmrinə əsasən dövlət vergi orqanlarında həyata keçirilən təlim proseslərinə təlimçi qismində cəlb edilən əməkdaşların təlimlərin keçirilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün “Təlimin əsasları” mövzusunda 30 sentyabr 2016-cı il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında təlim təşkil edilmişdir.

Təlimdə təlimçi qismində İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi Nərmin Mirzəyeva və dinləyici qismində Nazirliyin Mərkəzi Aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin 20 nəfər iştirak etmişlər.

Təlimdə təlimin mahiyyəti və məqsədləri açıqlanmış, təlimin planlaşdırılması, təlim materiallarının hazırlanması, təlim metodları və alətləri, öyrənmə tərzləri və onlara uyğun olaraq tətbiq edilməli olan təlim metodları, təlim zamanı problemli vəziyyətlərin idarə edilməsi, təlimin qiymətləndirilməsi mövzuları geniş müzakirə edilmişdir.

Təlimin əksər iştirakçıları təlim prosesindəki müzakirələrdə, qrup tapşırıqlarında və sual-cavabda aktiv iştirak etmişdilər.

Təlimçi Nərmin Mirzəyevanın komanda işini qurmaq, mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.