XƏBƏRLƏR

Sertifikatlaşdırma təlimi başa çatdı

Vergilər Nazirliyinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixdən 30 sentyabr 2016-cı il tarixədək olan müddətdə “Operativ nəzarət” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 18 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına “Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətin həyata keçirilməsi”, “Aksizli mallar istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında nəzarət postlarının yaradılması üçün əsaslar. nəzarət postlarının təşkili. Nəzarət postlarının işçilərinin vəzifə və funksiyaları”, “Müxtəlif istiqamətlər üzrə operativ vergi nəzarətinin keçirilməsi xüsusiyyətləri”, “Operativ vergi nəzarəti tədbirlərinin nəticəsinə dair tərtib olunmuş cinayət tərkibli materialların aidiyyəti üzrə göndərilməsi”, “Vergi ödəyicilərinin fəaliyyət göstərdikləri ərazilər üzrə sahə bölgüsünün aparılması və həmin sahələr üzrə əməkdaşların təhkim olunması. İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması”, “Operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar və operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi, İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə xronometraj metodu ilə müşahidə aparılması”, “Müsadirə edilmiş malların istifadəyə yararlılığının müəyyən edilməsi və qiymətləndirilməsi. Müsadirə edilmiş malların satışının təşkili”  mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 20 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Nağd hesablaşmalar aparan vergi ödəyicilərinə nəzarət idarəsinin 5-ci şöbəsinin dövlət vergi müfəttişi Hüseynov Azər Mərdan oğlu, həmin İdarənin 12-ci şöbəsinin dövlət vergi müfəttişi Hüseynov Rəşad Abbas oğlu, 2 saylı Ərazi Vergilər Departamentinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Hüseynov Mehman Vəlixan oğlu, 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Əzizov Eldəniz Ağaşərif oğlu və 11 saylı Ərazi Vergilər Departamentinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Rəcəbov Elşad Həsən oğlu  müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Operativ nəzarəti” sahəsi üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 30 sentyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 18 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə orta nəticə 91,7% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 6 nəfəri 1-ci dərəcəli, 10 nəfəri  2-ci dərəcəli  və 2 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Nağd hesablaşmalar aparan vergi ödəyicilərinə nəzarət idarəsinin 5-ci şöbəsinin dövlət vergi müfəttişi Hüseynov Azər Mərdan oğlu, həmin İdarənin 12-ci şöbəsinin dövlət vergi müfəttişi Hüseynov Rəşad Abbas oğlu, 2 saylı Ərazi Vergilər Departamentinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Hüseynov Mehman Vəlixan oğlu, 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişləri Əzizov Eldəniz Ağaşərif oğlu, Zeynalov Əli Muxtar oğlu və 11 saylı Ərazi Vergilər Departamentinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Rəcəbov Elşad Həsən oğlu 1-ci dərəcəli sertifikat almışlar.