XƏBƏRLƏR

Sertifikatlaşdırma təlimi başa çatdı

Vergilər Nazirliyinin müvafiq əmri ilə 19 sentyabr 2016-cı il tarixdən 23 sentyabr 2016-cı il tarixədək olan müddətdə “Bəyannamələrin kameral yoxlaması və vergidən yayınma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 16 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına “İqtisadi sahələr üzrə kameral vergi yoxlamaları zamanı əlavə təhlillərin aparılması”, “Bəyannamələrin kameral qaydada yoxlanılması”, “AVİS-in “Elektron bəyannamə”, “Vergi Hesab-Faktura (VHF)”, “ƏDV-nin depozit hesabı”, “Şəxsi hesab vərəqəsi (ŞHV)”, “Elektron bəyannamə” (e-Bəyannamə) və “Online sadələşdirilmiş verginin bəyannaməsi” alt sistemlərindən istifadə”, “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması və digər borcların  ödənilməsi  hesabına aid edilməsi” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 20 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.  

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin baş dövlət vergi müfəttişi İsayeva Sima Ənvər qızı, böyük dövlət vergi müfəttişləri Əlirzayev Tərlan Qaflan oğlu,  Ağayev Mirpərvin Əzizağa oğlu, 4 saylı Ərazi Vergilər idarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin baş dövlət vergi müfəttişi Abdullayeva Manisə Sərxan qızı müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Bəyannamələrin kameral yoxlaması və vergidən yayınma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə təlim kursunun sonunda, 23 sentyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 16 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 85,7% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 3 nəfəri 1-ci dərəcəli, 11 nəfəri 2-ci dərəcəli, 1 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır. Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi Xəlilova Könül Nadir qızı sertifikat ala bilməmişdir.

Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin baş dövlət vergi müfəttişi Abdullayeva Manisə Sərxan qızı (97,1),  Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin 6-cı şöbəsinin baş dövlət vergi müfəttişi İsayeva Sima Ənvər qızı (93,9) və böyük dövlət vergi müfəttişləri Əlirzayev Tərlan Qaflan oğlu (91,5)  1-ci dərəcəli sertifikat almışlar.