XƏBƏRLƏR

“E-audit və ACL- in əsasları” mövzusunda innovasiya təlimi keçirilmişdir

Vergilər Nazirliyinin müvafiq əmri ilə 19 sentyabr 2016-cı il tarixdən 23 sentyabr 2016-cı il tarixdək  “E-audit və ACL-in əsasları” mövzusunda Tədris Mərkəzində təlim təşkil edilmişdir. 

Təlimə bu sahədə çalışan 11 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Təlim nazirliyin audit və elektron audit sahəsində çalışan əməkdaşları üçün nəzərdə tutulmuşdu. Təlimin keçirilməsində əsas məqsəd elektron audit texnologiyalarının tətbiqinin genişləndirilməsi olmuşdur.

Təlimin gündəliyinə “E-auditin əsasları”, “E-audit keçirilməli olan vergi ödəyicilərinin müəyyən edilməsi, E-auditin keçirilməsi”, “ACL-in əsasları”, “ACL-də istifadə olunan komanda və funksiyalar”, “1C:Mühasibatlıq proqramından istifadə edən vergi ödəyicilərində E-auditin aparılması”, “Təlimçilər üçün hazırlanmış praktiki hallar üzrə keçirilmiş materialların tətbiq edilməsinin qiymətləndirilməsi, E-auditin nəticələrinin rəsmiləşdirilməsi” mövzuları daxil edilmiş və tədris olunmuşdur. 

Təlim zamanı Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin Təşkil şöbəsinin böyük dövlət vergi müfəttişi Seyidli Rəşad Söyünqulu oğlu,  Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Elektron audit şöbəsinin böyük dövlət vergi müfəttişi Əkbərli Əli Camal oğlu, böyük dövlət vergi müfəttişi Tağıyev Ülvi Ələddin oğlu və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Audit idarəsinin E-audit şöbəsinin böyük dövlət vergi müfəttişi Məmmədov Seymur Bəbir oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.