“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlim başa çatdı
Vergilər Nazirliyinin müvafiq əmri ilə “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda Tədris Mərkəzində 6 sentyab 2016-cı il tarixdən 23 sentyabr 2016-cı il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlim təşkil edilmişdir.
Təlimə 20 nəfər stajçı əməkdaş cəlb edilmişdir.
Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi inzibatçılığı), peşə fəaliyyətinin ümumi mövzuları və mühasibat uçotunun əsasları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 78 tədris saatı ayrılmışdır.
Təlim müddətində Vergilər Nazirliyinin Katiblik məsələləri üzrə müşavir xidməti şöbəsinin Protokol bölməsinin dövlət vergi müfəttişi Şabanov Kamran Qurban oğlu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişləri Qasımov Elnur Zakir oğlu, Cəmilli Amil Nizami oğlu və Şuşa Rayon Vergilər Şöbəsinin Vergi borclarının alınması işinin təşkili bölməsinin dövlət vergi müfəttişi Tağızadə Bəbir Vasif oğlu fəal iştirak etmişlər.
Stajçı əməkdaşların hər biri imtahanından əvvəl 5-10 dəqiqəlik məruzə ilə konkret bir mövzu üzrə təqdimat keçirmişdir. Əməkdaşlardan Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin Məlumat mübadiləsi və inzibati yardım şöbəsinin dövlət vergi müfəttişi Abdullayev Fikrət Aydın oğlu, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Strateji araşdırmalar idarəsinin Strateji təhlil və islahatlar şöbəsinin böyük dövlət vergi müfəttişi Yaqubov Oqtay Rasim oğlu, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İstehsal sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Şahmarova Aytən Əkbər qızı, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi Cəmilli Amil Nizami oğlu və 9 saylı Ərazi Vergilər İdarəsinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Qədirov Səbuhi Vidadi oğlu fərqlənmişlər.
Kursun yekunu üzrə 23 sentyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişləri Qasımov Elnur Zakir oğlu, Cəmilli Amil Nizami oğlu və Şuşa Rayon Vergilər Şöbəsinin Vergi borclarının alınması işinin təşkili bölməsinin dövlət vergi müfəttişi Tağızadə Bəbir Vasif oğlu imtahandan “əla” qiymətlər almışlar.
Dinləyicilərdən digər əməkdaşların imtahan nəticələri “kafi” və “yaxşı” qiymətləndirilmiş, “qeyri-kafi” qiymət alan olmamışdır.