XƏBƏRLƏR

Növbəti Sertifikatlaşdırma təlimləri başa çatdı.

  Vergilər Nazirliyinin müvafiq əmrləri ilə 6 sentyabr 2016-cı il tarixdən 16 sentyabr 2016-cı il tarixədək olan müddətdə “Sahələrə uyğun səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” və “Səyyar vergi yoxlamasının aparılması sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri təşkil edilmişdir.

  Təlimə bu sahədə çalışan 37 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

  Tədris-mövzu planına “Vergi auditinin formaları, vergi auditinin təşkili prinsipləri, vergi auditi ilə əhatə edilən dövr”, “Yoxlamada iştirak edən şəxslərin müəyyən edilməsi. Vergi auditi ilə əhatə edilən elementlər. Vergi auditi zamanı tövsiyə olunan xüsusatlar”, “Sahələr üzrə gəlirlərin düzgünlüyünün yoxlanılması, xərclərin düzgünlüyünün yoxlanılması, vergilərin hesablanmasının düzgünlüyünün yoxlanılması”, “Vergi auditinin mərhələləri. Vergi auditinə başlama və ümumi tələblər”, “Mühasibat uçotu”, AVİS-in “Audit (səyyar)” alt sistemindən istifadə, “Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili”, “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş mühasibat uçotu” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

  Təlimə 40 tədris saatı ayrılmış və 6 gün davam etmişdir.  

  Təlimlər zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Qurbanov Tural Fərhad oğlu, Bank, sığorta və rabitə sahələri üzrə audit idarəsinin 2-ci şöbəsinin rəis müavini Əsgərov Araz Hamlet oğlu, Topdan ticarət sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Əliyev Fərid Mehman oğlu, Auditin təşkili şöbəsinin dövlət vergi müfəttişi Musayev Sahib İbrahim oğlu, 9 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Əhmədov Neman Həmzə oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

  Kursunun sonunda, 16 sentyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 34 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

  Qruplar üzrə müvafiq olaraq yekun nəticə 82,1% və 84,8% olmuşdur. 

  İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 8 nəfəri 1-ci dərəcəli, 14 nəfəri 2-ci dərəcəli, 11 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

  Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Qurbanov Tural Fərhad oğlu (96.9), Bank, sığorta və rabitə sahələri üzrə audit idarəsinin 2-ci şöbəsinin rəis müavini Əsgərov Araz Hamlet oğlu (94.8), Elektron audit şöbəsinin böyük dövlət vergi müfəttişi Əkbərli Əli Camal oğlu (93.0) və Bank, sığorta və rabitə sahələri üzrə audit idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Bəylərov Mehman Bəylər oğlu (91.7) Auditin təşkili şöbəsinin dövlət vergi müfəttişi Musayev Sahib İbrahim oğlu (93.7%), 9 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Əhmədov Neman Həmzə oğlu (92.2%), 12 saylı Ərazi Vergilər Departamentinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Nəcəfov Nurlan Elşad oğlu (92.2%) və 14 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi Səmədov Səməd Gəray oğlu (92.0%) 1-ci dərəcəli sertifikat almışlar.