XƏBƏRLƏR

Sertifikatlaşdırma təlimi başa çatdı

Vergilər Nazirliyinin müvafiq əmri ilə 29 avqust 2016-cı il tarixdən 2 sentyabr 2016-cı il tarixədək olan müddətdə “Bəyannamələrin kameral yoxlanılması və vergidən yayınma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı” mövzusunda Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi keçirilmişdir.

Tədris-mövzu planına “İqtisadi sahələr üzrə kameral vergi yoxlamaları zamanı əlavə təhlillərin aparılması”, “Bəyannamələrin kameral qaydada yoxlanılması”, AVİS-in “Elektron bəyannamə”, “Vergi Hesab-Faktura (VHF)”, “ƏDV-nin depozit hesabı”, “Şəxsi hesab vərəqəsi (ŞHV)”, “Elektron bəyannamə” (e-Bəyannamə) və “Online sadələşdirilmiş verginin bəyannaməsi” alt sistemlərindən istifadə”, “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu”, “Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması və digər borcların  ödənilməsi  hesabına aid edilməsi” mövzuları daxil edilmiş və tədris olunmuşdur.

Təlimə 20 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin 5-ci şöbəsinin baş dövlət vergi müfəttişi Behbudova Günel Fəttah qızı, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər departamentinin Bəyannamələr şöbəsinin böyük dövlət vergi müfəttişi Xəlilov Şaiq İsfəndiyar oğlu, 5 saylı  Ərazi Vergi İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Bünyatov Röyal Zalış oğlu, 1-ci bölməsinin baş dövlət vergi müfəttişi Cəfərli Cabir Balaxan oğlu və 8 saylı  Ərazi Vergi İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Babayev Emin Məhəmməd oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Bəyannamələrin kameral yoxlanılması və vergidən yayıhma risklərinin təhlili sahəsi üzrə vergi inzibatçılığı”  təlim bloku üzrə təlim kursunun sonunda, 2 sentyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 19 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qrup üzrə yekun nəticə 89,4% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 8 nəfəri 1-ci dərəcəli, 10 nəfəri 2-ci dərəcəli, 1 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

Vergilər Nazirliyi yanında 1 saylı Vergilər departamentinin Bəyannamələr şöbəsinin böyük dövlət vergi müfəttişi Xəlilov Şaiq İsfəndiyar oğlu (100%), Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin 5-ci şöbəsinin baş dövlət vergi müfəttişi Behbudova Günel Fəttah qızı (94,0%), 2 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin kameral yoxlanılması şöbəsinin 2-ci bölməsinin baş dövlət vergi müfəttişi Əliyev Azər Rəsul oğlu (97,3%), 1-ci bölməsinin baş dövlət vergi müfəttişi Adilov Samir Ramiz oğlu (91,5%), 5 saylı Ərazi Vergi İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Bünyatov Röyal Zalış oğlu (97,5%), 10 saylı Ərazi Vergi İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin rəisi Heydərov Rəhim Rafiq oğlu (94,6%), 6 saylı  Ərazi Vergi İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin baş dövlət vergi müfəttişi Salayev Mübariz Gülağa oğlu (94,3%), 8 saylı  Ərazi Vergi İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin böyük dövlət vergi müfəttişi Babayev Emin Məhəmməd oğlu (93,0%) 1-ci dərəcəli sertifikat almışlar.

Sertifikatları dinləyicilərə imtahan komissiyasının sədri, İnsan resursları idarəsinin rəisi Faiq Şahbazov, Tədris Mərkəzinin rəisi Əli Həsənov və rəis müavini Ceyhun Mehdiyev təqdim etmişlər, onlara işlərində müvəffəqiyyətlər arzulamışlar.