XƏBƏRLƏR

"Elektron auditin texnologiyaları – ACL” mövzusunda innovasiya təlimi keçirilmişdir

Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq əmri ilə dövlət vergi orqanlarının əməkdaşları üçün "Elektron auditin texnologiyaları – ACL” mövzusunda 1-2 sentyabr 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin Tədris Mərkəzində innovasiya təlimi keçirilmişdir.

Təlim nazirliyin audit və elektron audit sahəsində çalışan əməkdaşları üçün nəzərdə tutulmuşdu. Təlimin keçirilməsində əsas məqsəd elektron audit texnologiyalarının tətbiqinin genişləndirilməsi olmuşdur.

Təlim prosesində “Elektron audit barəsində ümumi məlumat. Elektron auditin həyata keçirilməsi üçün istifadə edilən proqram təminatının (ACL) funksiyaları”, “Elektron məlumatların ACL-ə yükləməsi üçün məlumatların hazırlanması və ACL-ə yüklənməsi”, “Məlumatların ACL-də emalı və yoxlamaların aparılması” və “ACL-də skriptlərin yazılması və loqlardan istifadə qaydaları” kimi mövzular tədris olunmuşdur.

Təlimdə təlimçi qismində İnformasiya texnologiyaları şöbəsinin İnformasiya texnologiyaları və proqram təminatı bölməsinin rəisi Nicat Həsənov iştirak etmişdir.

Təlimin sonunda təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.