Dövlət vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturlarına təyin olunmuş büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlar üçün bu sahədə peşəkarlığın artırılması məqsədilə iş prosesində istifadə olunan ümumi mövzular üzrə Tədris Mərkəzində 3 günlük (1-5 sentyabr 2016-cı il tarixlərdə) təlim keçirilir.
Təlimə büdcədənkənar fond hesabına saxlanılan 14 nəfər müfəttiş cəlb edilmişdir.
Təlim prosesində etik davranış, daxili xidməti intizam və məsuliyyət məsələləri, dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə və əmək qanunvericiliyinin tətbiqi məsələləri, vergi ödəyicilərinə xidmətlərin göstərilməsi qaydaları, korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət məsələləri, Azərbaycan Respublikasının vergi sistemi, Vergi Məcəlləsinin ümumi müddəaları, vergi növləri, vergi ödəyiciləri və vergi agenti, vergi ödəyicilərinin və dövlət vergi orqanlatrının hüquq və vəzifələri, elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi, vergi bəyannamələrinin təqdim edilməsi, vergilər üzrə ödəmə müddətləri və vergi bəyannamələrinin tərtib edilmə qaydaları, AVİS-in “Xidmət” modulundan istifadə barəsində mövzular tədris olunur.
Mövzular Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin, İnsan resursları idarəsinin, İnformasiya texnologiyaları şöbəsinin və Tədris Mərkəzinin peşəkar əməkdaşları tərəfindən tədris olunur