XƏBƏRLƏR

İxtisasartırma təlimi başa çatdı

Vergilər Nazirliyinin müvafiq əmri ilə Tədris Mərkəzində 16 avqust 2016-cı il tarixdən 31 avqust 2016-cı il tarixədək olan müddətdə “Vergi öhdəliklərinin müəyyənləşdirilməsi icrasına nəzarət işlərinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə əyani təhsilalma forması tətbiq edilməklə ixtisasartırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 13 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

İxtisas (fəaliyyət) sahəsi üzrə təlim kursunun sonunda, 31 avqust 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

2 saylı Ərazi Vergilər Departamentinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Həsənov Elbrus Kamil oğlu üzrlü səbəbə görə dərslərdə və imtahan prosesində iştirak etməmişdir.

İmtahanda iştirak edən əməkdaşlardan 2 nəfər “əla”, 6 nəfər “yaxşı”, 4 nəfər isə “kafi” qiymətlər almışlar.

Əməkdaşlardan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Xanlarov Musa Zakir oğlu, 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Cəlilov İnşaalla Heybət oğlu, 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Axundov Höccət Quli oğlu və Azayev Elnur Rövşən oğlu, 11 saylı Ərazi Vergilər Departamentinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Ellazov Anar Aydın oğlu praktiki məşğələlərdə xüsusilə fərqlənmişlər.

5 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Cəlilov İnşaalla Heybət oğlu (98%) və 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Azayev Elnur Rövşən oğlu (91%) yüksək nəticə göstərərək əla qiymətlər almışıar.

Qrup üzrə sınaq imtahanının nəticəsi 50,5%, yekun nəticəsi ilə 83,5% olmuşdur (fərq +33 bənd).

Sonda imtahan komissiyasının üzvləri əməkdaşları təlim kursularını uğurla bitirdiklərinə görə təbrik etmişlər, əməkdaşlara sertifikatlar verilmişlər və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulamışlar.