Azərbaycan Respublikası Vergilər Nazirliyinin 19 avqust 2016-cı il tarixli əmri ilə dövlət vergi orqanlarının əməkdaşları üçün “1C və digər mühasibatlıq proqramlarından əldə edilmiş məlumatların emal edilməsi üçün kiçik proqramların (makrosların) hazırlanması” mövzusunda 22-25 avqust 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin Tədris Mərkəzində təlim keçiriləcək.
Təlim, nazirliyin audit və elektron audit sahəsində çalışan əməkdaşları üçün nəzərdə tutulub. Təlimin keçirilməsində əsas məqsəd elektron auditin tətbiqinin genişləndirilməsidir.
Təlim prosesində “E-audit sisteminin əsas məqamları”, “E-Audit anlayışı və onun hüquqi əsasları”, “E-məlumatların alınması və təhlili”, “Audit Bilik Bazası. Biznesin başa düşülməsi, Mühasibatlıq və İT Sistemləri üzrə Sorğular”, “ACL-in əsasları”, “ACL-də lahiyələrin yaradılması”, “ACL-də ilkin təhlillərin aparılması”, “ACL-də komanda və funksiyalar”, “1C: Mühasibatlıq proqram təminatı barədə ümumi məlumat və məlumatların götürülməsi imkanları”, “1C: Mühasibatlıq proqram təminatının bazasının götürülməsi”, “1C: Mühasibatlıq proqram təminatından elektron faylların alınması”, “Toplanmış elektron fayllardan istifadə edərək vergidən yayınma hallarının müəyyən edilməsinə dair misallar”, “1C 7.7 Mühasibatlıq proqramının bazasının yüklənməsi”, “1C 7.7 Mühasibatlıq proqramından alınmış məlumatların oxunması (.dbf faylların)”, “1C 7.7 Mühasibatlıq proqramından əldə edilmiş elektron faylların emalı və təhlili”, “ACL-də skriptlər barədə ilkin anlayışlar”, kimi mövzuların tədris olunması nəzərdə tutulur.
Təlimdə təlimçi qismində Vergi risklərinin təhlili və nəzarəti baş Vergi potensialının dəyərləndirilməsi idarəsinin Nağdsız əməliyyatların təhlili şöbəsinin rəisi Telman Məmmədov iştirak edir. Təlim prosesində Tədris Mərkəzinin əməkdaşlarının iştirakı da nəzərdə tutulur.
Təlimin sonunda təlim iştirakçılarının qiymətləndirilməsi məqsədilə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilməsi nəzərdə tutulur.