Vergilər Nazirliyinin əmri ilə 15 avqust 2016-cı il tarixdən 19 avqust 2016-cı il tarixədək olan müddətdə “Vergi ödəyicilərinin qeydiyyatı sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir. Təlimdə bu sahədə çalışan 8 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.
Təlimə 22 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.
Təlim prosesində dinləyicilərdən Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Qeydiyyat şöbəsinin baş hüquqşünasları Musayev Mətləb Allahverən oğlu, Pənahova Gülnarə Vasif qızı, Qeydiyyatın təşkili şöbəsinin böyük dövlət vergi müfəttişi Hüseynova Gülnarə Səxavət qızı və 2 saylı Ərazi Vergilər Departamentinin Audit şöbəsinin dövlət vergi müfəttişi Həşimov Rəfael Rafiq oğlu xüsusi fəallıq göstərərək fərqlənmişlər.
Təlim kursunun sonunda, 19 avqust 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.
İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 5 nəfəri 1-ci dərəcəli, 2 nəfəri 2-ci dərəcəli, 1 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.
1-ci dərəcəli sertifikat almış əməkdaşlar aşağıdakılardır: