XƏBƏRLƏR

Təhsil prosesində yeni təlim metodları tətbiq edilmişdir.

04 avqust 2016-cı il tarixində dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Dövlət vergi orqanlarında peşə fəaliyyətinin ümumi əsasları” proqramı üzrə  “Torpaq, tikili, avadanlıqlar (əsas vəsaitlər), qeyri-maddi aktivlər və ehtiyatların uçotu” mövzusunda Vergilər Nazirliyinin Tədris Mərkəzinin həyətində açıq hava şəraitində müasir təlim metodlarından istifadə etməklə, əyani təhsilalma forması tətbiq edilməklə təlim təşkil edilmişdir. Təlim Tədris Mərkəzinin “İqtisadiyyat və menecment” kafedrasının dosenti, 1-ci dərəcəli müfəttiş Qalib Tanrıverdiyev tərəfindən aparılmışdır.