XƏBƏRLƏR

Təhsil prosesində yeni təlim metodları tətbiq edilmişdir.

10 avqust 2016-cı il tarixində “Səyyar vergi yoxlamasının aparılası sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə “Maliyyə-mühasibat hesabatlarının tərkibi, məzmunu və tərtib olunması” mövzusunda Vergilər Nazirliyinin Tədris Mərkəzinin həyətində açıq hava şəraitində müasir təlim metodlarından istifadə etməklə, əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir. Təlim Tədris Mərkəzinin “İqtisadiyyat və menecment” kafedrasının dosenti, 1-ci dərəcəli müfəttiş Qalib Tanrıverdiyev tərəfindən aparılmışdır.