Azərbaycanda vergi sisteminin inkişafının müasir mərhələsində beynəlxalq təcrübə nəzərə alınmaqla vergi ödəyiciləri tərəfindən transfer qiymətləndirmə vasitəsilə xərclərin süni şəkildə artırılması hallarının aradan qaldırılması məqsədilə qanunvericilik bazasının yaradılması əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.
Beynəlxalq təcrübədə transfer qiymətləndirmə vasitəsi ilə vergidən yayınma halları geniş yayılmışdır. Transmilli şirkətlərin eyni zamanda müxtəlif vergi sistemlərinə malik ölkələrdə fəaliyyət göstərməsi afilə olunmuş törəmə şirkətlər vasitəsilə vergidən yayınma hallarının yaranmasına əlverişli şərait yaradır.
Qeyd olunanları nəzərə alaraq, 16 avqust 2016-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsi tərəfindən “Transfer qiymətləndirmə və affilə olunmuş tərəflər“ mövzusunda elmi seminar kecirilmişdir. Seminarda Azərbaycanda transfer qiymətləndirmə sahəsində qanunvericilik bazasının yaradılması zərurəti ilə bağlı nəzəri və praktiki aspektlərə baxılmış və bu sahədə mövcud beynəlxalq təcrübə araşdırılmışdır.Seminarda aşağıdakı istiqamətlərə diqqət yetirilmişdir:
Seminar geniş diskussiya və müzakirə şəraitində keşmişdir.