XƏBƏRLƏR

Büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlar üçün təlim başlamışdır

Dövlət vergi orqanlarının vergi borclarının alınması strukturlarına təyin olunmuş büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlar üçün bu sahədə peşəkarlığın artırılması məqsədilə iş prosesində istifadə olunan ümumi mövzular üzrə Tədris Mərkəzində 3 günlük (15-17 avqust  2016-cı il tarixlərdə) təlim keçirilir.

Təlimə büdcədənkənar fond hesabına saxlanılan 20 nəfər müfəttiş cəlb edilmişdir.

Təlim prosesində vergi qanunvericiliyinin ümumi əsasları, etik davranış, daxili xidməti intizam və məsuliyyət məsələləri, dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə və əmək qanunvericiliyinin tətbiqi məsələləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət məsələləri, vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə ünsiyyət etikası, vergilər üzrə borcların alınmasının ümumi prinsipləri, vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların alınması və vaxtında təqdim edilməmiş vergi bəyannamələri (hesabatları) ilə bağlı qaydalar tədris olunur.

Mövzular Tədris Mərkəzinin peşəkar əməkdaşları tərəfindən tədris olunur.