XƏBƏRLƏR

Tədris Mərkəzində sertifikatlaşdırma ilə bağlı növbəti təlimlər başa çatmışdır

Vergilər Nazirliyinin müvafiq əmri ilə 29 iyul 2016-cı il tarixdən 4 avqust 2016-cı il tarixədək olan müddətdə “Operativ nəzarət sahəsi üzrə vergi inzibatçılığı” təlim bloku üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimi təşkil edilmişdir. Təlimdə bu sahədə çalışan 7 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Təlimə 24 tədris saatı ayrılmış və 5 gün davam etmişdir.

Təlim zamanı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Operativ nəzarət idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Salayev Samir Ağa Salah oğlu, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Operativ nəzarət idarəsinin 6-cı şöbəsinin dövlət vergi müfəttişi İsmayılov Fərid Zahid oğlu, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Operativ nəzarət idarəsinin 3-cü şöbəsinin böyük dövlət vergi müfəttişi İsmayılzadə Şahin Arzu oğlu və 9 saylı Ərazi Vergilər İdarəsinin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Məmmədov İsmayıl Qaçay oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.

“Operativ nəzarət sahəsi üzrə vergi inzibatçılığı”  təlim bloku üzrə kursun sonunda, 4 avqust 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir. İmtahanda 7 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 1 nəfəri 1-ci dərəcəli, 5 nəfəri 2-ci dərəcəli və 1 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır.

5 saylı Ərazi Vergi İdarəsinin Operativ nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Əliyev Məzahir Şəmsəddin oğlu 1-ci dərəcəli sertifikat almışdır.

İmtahan komissiyasının sədri, Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov və komissiyanın üzvü, Mərkəzin rəisi Əli Həsənov imtahan komissiyası adından əməkdaşları təlimin uğurla yekunlaşması ilə əlaqədar təbrik etdilər, onlara sertifikatlar təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzuladılar.