XƏBƏRLƏR

DVX-nin Tədris Mərkəzi antikorrupsiya davranış modeli və digər aktual mövzular üzrə təlimlər təşkil etmişdir

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın İqtisadiyyat Nazirliyi üzrə icrasına dair 2026-cı il üçün iş planı”nın Dövlət Vergi Xidmətinə aid istiqamətləri üzrə Tədbirlər Planı”nda dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi vəzifəsi qoyulmuşdur. “İqtisadiyyat Nazirliyində 2026-cı il üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”nda vergi ödəyiciləri üçün paralel olaraq müvafiq maarifləndirmə işlərinin aparılması, vergi orqanı əməkdaşları üçün isə antikorrupsiya davranış modelinin formalaşdırılması, xidməti vəzifələrini bilavasitə vergi ödəyicilərinin iştirakı ilə həyata keçirən vergi orqanı əməkdaşları üçün etik davranış qaydaları mövzuları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi qeyd edilən Tədbirlər Planı çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərən dövlət orqanlarının, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçiləri, sahibkarlıq fəaliyyəti subyektləri və vergi ödəyiciləri üçün antikorrupsiya davranış modelinin formalaşdırılması mövzusu üzrə təlimlər təşkil etmişdir. Həmçinin Şərqi Zəngəzur ərazi vergilər idarəsinin əməkdaşları üçün “Azərbaycan Respublikasında antikorrupsiya davranış modelinin formalaşdırılması", "Etik davranış qaydaları, məlumat təhlükəsizliyi və maraqların toqquşması" və "Korrupsiya riskləri və korrupsiya əməlləri ilə mübarizə” mövzuları üzrə təlimlər keçirilmişdir. Təlimlər Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev tərəfindən aparılmışdır. Təlimlər interaktiv şəraitdə keçmiş və dinləyicilərin sualları cavablandırılmışdır.