XƏBƏRLƏR

Tədris Mərkəzinin nümayəndəsi Ədliyyə Akademiyasında korrupsiya cinayətləri ilə mübarizədə məhkəmə ekspertizasının roluna həsr olunmuş elmi-praktiki seminarda iştirak etmişdir

"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "Korrupsiya cinayətləri ilə mübarizədə məhkəmə ekspertizasının rolu" mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Vəkillər Kollegiyası və digər dövlət qurumlarının nümayəndələri, hüquqşünas alimlər və məhkəmə ekspertləri iştirak ediblər.

Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini təmsil edən və "Korrupsiyaya qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri" adlı elmi-metodiki vəsaitə rəy verən Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev çıxış edərək, müasir dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində qlobal miqyasda baş verən yenilikləri, əsas inkişaf meylləri, habelə Azərbaycan Respublikasında əvvəlcə Ulu Öndər Heydər Əliyev, ardınca isə onun siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə görülmüş fəaliyyəti iştirakçıların diqqətinə çatdırmışdır.

Xəbər üçün həmçinin bax: https://justice.gov.az/az/news/korrupsiya-cinayetleri-ile-mubarizede-mehkeme-ekspertizasinin-roluna-hesr-olunmus-elmi-praktiki-seminar-kecirilib