XƏBƏRLƏR

Tədris Mərkəzinin əməkdaşları DİM - in Fəxri Fərmanı ilə təltif olunmuşdur

Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində həmin Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə (vergi qanunvericiliyi üzrə) Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov və İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin baş müəllimi Turan Səfərov 16.04.2026-cı il tarixdə Fəxri Fərmanla təltif edilmişlər. Rəşad müəllimi və Turan müəllimi bu nailiyyətləri münasibətilə təbrik edirik.