Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər qurumların birgə təşkilatçılığı “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans keçirilmişdir. Konfransda ölkənin dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsində ciddi alətlərdən biri kimi rəqəmsal transformasiyanın müxtəlif aspektləri müzakirə olunmuşdur. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşları dəvət əsasında həmin tədbirdə iştirak etmişlər.