XƏBƏRLƏR

Tədris Mərkəzində sertifikatlaşdırma ilə bağlı növbəti təlimlər başa çatmışdır

Dövlət vergi orqanlarında vergi borclarının alınması sahəsində çalışan əməkdaşlar 19 iyul 2016-cı il tarixdə Tədris Mərkəzində sertifikatlaşdırma ilə bağlı imtahan vermişlər. İmtahan “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq keçirilmişdir.

“Vergi borclarının alınması” funksional fəaliyyət istiqamətində “Vergi inzibatçılığı” təlim bloku üzrə imtahanda 28 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 8 nəfəri 1-ci dərəcəli, 12 nəfəri 2-ci dərəcəli, 4 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır. 4 əməkdaş imtahandan “qeyri-kafi” qiymət almışdır. Qeyd edək ki, imtahanların yekun nəticəsinə görə 91–100% nəticə göstərmiş əməkdaşa 1-ci dərəcəli, 81–90% nəticə göstərmiş əməkdaşa 2-ci dərəcəli və 70–80% nəticə göstərmiş əməkdaşa isə 3-cü dərəcəli sertifikat verilir.

1-ci dərəcəli sertifikat almış əməkdaşlar aşağıdakılardır:

  1. Səfərli Vüsal Səftər oğlu 10 saylı ƏVİ-nin Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi (98,1%);
  2. Ramazanov Elmir Bahadur oğlu – Laçın Rayon Vergilər Şöbəsinin Vergi borclarının alınması bölməsinin böyük dövlət vergi müfəttişi (98,0%);
  3. Qocayev Qoşqar Qalib oğlu - 4 saylı ƏVİ-nin Vergi borclarının alınması şöbəsinin böyük dövlət vergi müfəttişi (97,3%);
  4. Məmmədov Elvin Yusif oğlu – Zəngilan Rayon Vergilər Şöbəsinin Vergi borclarının alınması bölməsinin böyük dövlət vergi müfəttişi  (96,4%);
  5. Qazəliyev Namiq Burhanəddin oğlu – 11 saylı ƏVD-nin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi (95,5%);
  6. Cəbrayılov Samir Azər oğlu - 9 saylı ƏVİ-nin Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi (93,9%);
  7. İsbatov Famil Fəxrəddin oğlu - 3 saylı ƏVİ-nin Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi (93,8%);
  8. Şixaliyev Samir Yunis oğlu - 9 saylı ƏVİ-nin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi (91,2%).