XƏBƏRLƏR

Tədris Mərkəzinin növbəti Elmi Şurası keçirilmişdir

3 mart 2022-ci il tarixdə DVX-nin rəisinin müşaviri cənab Ramin İsayevin iştirakı ilə Tədris Mərkəzinin növbəti Elmi Şurası keçirilmişdir. Elmi Şurada Tədris Mərkəzinin 2022-ci il üzrə illik elmi tədqiqat işi mövzusunun, 2022-ci ilin I yarımilliyi üzrə tərtib olunmuş İş Planı əsasında keçirilməli olan elmi seminar mövzularının təsdiq olunması, DVX-nin Hüquq baş idarəsindən daxil olmuş Tədris Mərkəzinin şöbə və bölmələri, Elmi Şurası üzrə hazırlanmış əsasnamə layihələrinin müzakirəsi aparılmışdır. Elmi Şurada qeyd olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuş, o cümlədən “Torpaq, əmlak və qeyri-neft sektorunda mədən vergiləri üzrə müasir problemlər və onların həlli yolları” mövzusu Tədris Mərkəzinin 2022-ci il üzrə illik elmi tədqiqat işi mövzusu kimi təsdiq olunmuşdur.

Elmi Şuranın iclasında Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsi tərəfindən “Kölgə iqtisadiyyatının anlayışı və əhatə dairəsi: İƏİT-nin müddəaları kontekstində” mövzusunda hazırlanmış təqdimat nümayiş etdirilmişdir. Həmin təqdimat ilə linkə keçid edərək tanış olmaq olar.