XƏBƏRLƏR

Tədris Mərkəzində SABAH VI Karyera Qış Məktəbinin açılışı baş tutub

Fevralın 12-də Şamaxıda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində SABAH VI Karyera Qış Məktəbinin açılışı baş tutub.

Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Hər il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlərin ("Azercell”, “Kapital Bank”, “GoldenPay” və s.) fərdi təlimçiləri Qış məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər.

Qış Məktəbində Tədris Mərkəzinin Vergi İnzibatçılığının Tədrisi şöbəsinin baş müəllimi, kiçik vergi xidməti müşaviri Orxan Balayev “Müasir biznesin əsasları və biznesmenin vergi müansibətləri" mövzusunda  təlimlə çıxış etmişdir.

Karyera Qış Məktəbi ilə yanaşı SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Yeni standartlara uyğun vahid SABAH syllabusunun yaradılmasına doğru”, “Süni intellekt texnologiyalarının təhsildə tətbiq perespektivləri”, "Yeni  əsrdə müasir universitet dizaynı" və “Səmərəli idarəçilik və korporativ düşüncə” mövzuları ətrafında təlimlər təşkil olunacaq.