Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə keçən toplantıda 30-dan çox sahibkar iştirak edib. Klubun bir illik fəaliyyətinə nəzər salınıb, iş adamları üçün yaratdığı imkanlar dəyərləndirilib.
Toplantı iştirakçıları vergi qanunvericiliyi, idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi, eyni zamanda Azərbaycan bazarındakı mövcud fürsətlərlə bağlı məlumatlandırılıblar. İş adamlarını maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi Qanunvericiliyinin Tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov “Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri” mövzusunda çıxış etmişdir.