Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramında “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda layihə ilə qalib olmuş DVX-nin Tədris Mərkəzinin əməkdaşları Ülkər Kazımova və Tural Abbasov Şamaxı, Qusar, Zaqatala, Gəncə və Sabirabad rayonlarında fəaliyyət göstərən sahibkar qadınlar üçün vergi mövzusunda maarifləndirici tədbirlər təşkil etmələri nəzərdə tutulmuşdur.
İlk təlim 15 iyul 2021-ci il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsinin dəstəyi ilə Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında həyata keçirilmişdir. Təlimə Şamaxı və Ağsu rayonlarında fəaliyyət göstərən 22 qadın sahibkar qatılmışdır. Təlim zamanı ayrı-ayrı vergi növləri, habelə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri barədə nəzəri və praktiki məlumatlar qadın sahibkarların diqqətinə çatdırılmış, müxtəlif praktiki keyslər əsasında müzakirələr aparılmış, vergi hesabatlarının hazırlanması ilə bağlı əyani izahlar verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.