XƏBƏRLƏR

"Sahibkarlar klubu" təlimləri təşkil edilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında 5 may 2021-ci il tarixdə imzalanmış “Əməkdaşlığa dair anlaşma memorandumu”a əsasən 29-30 iyun 2021-cil il tarixlərində Tədris Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə Bankın “Sahibkarlar Klubu”na üzv olan bir qrup iş adamı üçün Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təlimlərə başlayıb.

Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AMEA-nın İqtisadiyyat İnstitutunun tərəfdaşlığı ilə keçirilən təlimlərə ölkəmizin müxtəlif regionlarından və müxtəlif sahələrdə fəaliyyət göstərən 30-dan çox iş adamı qatılıb. Təlimlərə Bankın, Tədris Mərkəzinin və yuxarıda adı çəkilən qurumların əməkdaşları təlimçi qismində cəlb edilib.