16-17 iyun 2021-ci il tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin təşkilatçılığı ilə, Mərkəzin əməkdaşları Ülkər Kazımova, Rəşad Əhmədov və Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı Adil Vahidovun təqdimatında “Vergi və gömrük qanunvericiliyi” mövzusunda təlim keçirilib.
Təlimdə iştirakçı qismində “Bank Respublika” ASC-nin Kiçik və orta sahibkarlıq kreditləri departamentinin, Korperativ kreditlər departamentinin və bankın digər strukturlarının əməkdaşları iştirak etmişdir.
Təlimdə iştirakçılar mənfəət vergisinin vergi qanunvericiliyinə əsasən nəzəri izahı, Dividend gəlirlərinin vergiyə cəlb edilməsi, sadələşdirilmiş verginin izahı, bəyannamənin praktiki misallar üzərində öyrənilməsi, əlavə dəyər vergisinin qanunvericiliyə əsasən izahı, bəyannamənin praktiki misallar üzərindən öyrənilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi azadolmalarının ümumi izahı, vergi qanunvericiliyində baş verən son dəyişikliklər, İdxal-ixrac prosedurları zamanı gömrük qanunvericiliyinin tətbiqi barədə məlumat alıblar.Təlimdə iştirakçıların təcrübələri və fəaliyyətləri zamanı qarşılaşdıqları vergitutma məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Təlimin sonunda iştirakçılara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.