03 iyul 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyasının nəzdində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin birgə təşkilatçılığı və Kapital Bankın maliyyə dəstəyi ilə “Malların İxrac qeydi ilə satışı Qaydası və vergitutma məsələləri” mövzusunda təlim keçiriləcəkdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 № li Qərarı ilə təsdiq edilən “Malların ixrac qeydi ilə satışı Qaydası” ilə ölkə ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtləri və işgüzar münasibətləri tənzim edilir.
Tədbir sahibkarlıq fəaliyyətinin subyektləri üçün dövlət-özəl əməkdaşlığı çərçivəsində DVX-nin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında həyata keçiriləcək. Tədbir iştirakçılarının Tədris Mərkəzinə aparılması, qidalanması, çay və nahar fasilələri və təlimdən sonra mədəni istirahət gəzintilərinin təşkilinin ödənişsiz əsaslarla həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Təlim haqqında daha geniş məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar: