XƏBƏRLƏR

Tədris Mərkəzinin Elmi Şurasının iclası keçirilmişdir

8 may 2021-ci il tarixdə Zoom platforması vasitəsilə Tədris Mərkəzinin Elmi Şurasının iclası keçirilmişdir. İclasda 2021-ci ilin ilk dörd ayı ərzində Tədris Mərkəzinin struktur vahidləri tərəfindən görülən işlərə dair hesabatlar, “Vergidən yayınma əməllərinə görə cinayət məsuliyyəti: Azərbaycan Respublikası ilə Avropa ölkələrinin təcrübəsinin müqayisəli təhlili” mövzusu üzrə elmi tədqiqat işi və cari məsələlər müzakirə olunmuşdur. İclasın yekunu olaraq Tədris Mərkəzinin təlim materiallarının monitorinqinin aparılması, Vergi hüququnun Xüsusi hissəsinə dair hazırlanması planlaşdırılmış dərsliyin üzərində işlərin sürətləndirilməsi, illik tədiqat mövzusu kimi beynəlxalq təcrübənin müqayisəli təhlili əsasında vergidən yayınma əməllərinə görə cinayət məsuliyyətinin nəzəri və təcrübi məsələlərin araşdırılmasının davam etdirilməsi və s. məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.