XƏBƏRLƏR

“Kassa, bank və ƏDV sub-uçot hesabı üzrə əməliyyatlar və onların uçotu” mövzusunda seminara qeydiyyat elan edilir.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi “Kassa, bank və ƏDV sub-uçot hesabı üzrə əməliyyatlar və onların uçotu” mövzusunda seminara qeydiyyat elan edir.

Tarix: 17 aprel 2021-ci il, saat 14:00

Müddət: 2 saat

Qiymət: 30 AZN

Seminarda müzakirəsi nəzərdə tutulan mövzular:

  • Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması.
  • Bank hesablaşma hesabı üzrə əməliyyatlar, mühasibat yazılışları və bank əməliyyatlarının rəsmiləşdirilməsində istifadə olunan sənədlər.
  • ƏDV sub-uçot hesabı üzrə əməliyyatların uçotu və qanunvericilik.

Təlimçi İqtisadiyyat və İdarəetmənin tədrisi şöbəsinin dosenti Qalib Tanrıverdiyevdir. O bir sıra özəl müəssisələrdə mühasib, baş mühasib və auditor kimi fəaliyyət göstərib. 2010-cu ildən Tədris Mərkəzində çalışır. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bir çox elmi məqalənin müəllifidir.

Təlimçi haqqında ətraflı məlumatı bu linkdən https://cutt.ly/XcwbuyN əldə edə bilərsiniz.

(+994 050) 2544969

(+994 050) 2543313

(+994 012) 4038872

 

QEYDİYYAT