XƏBƏRLƏR

Tədris Mərkəzində 31 mart 1918-ci il tarixdə baş vermiş soyqıqımla bağlı onlayn tədbir keçirilib

Tədris Mərkəzinin rəisinin səlahiyyətlərini icra edən Mirəli Kazımov 31 mart 1918-ci il tarixdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımla bağlı fikirlərini söyləyib, bu faciənin heç zaman unudulmaması üçün dövlətimizin atdığı siyasi addımlardan danışıb. O, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü, Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edildiyini qeyd edib. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 18 yanvar 2018-ci ildə tarixdə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının siyasi əhəmiyyətindən geniş danışdı.

Sonra Tədris və metodika şöbəsinin rəisi 31 mart 1918-ci il soyqırımı ilə bağlı geniş məlumat verib.

 

Link