XƏBƏRLƏR

“Dövlət tərəfindən sahibkarlığın təşviqi siyasəti, sahibkarlığa başlamanın hüquqi prosedurları və vergi uçotu” təlimi keçirilib

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 14 mart 2021-ci il tarixində Orxan Balayevin təqdimatında “Dövlət tərəfindən sahibkarlığın təşviqi siyasəti, sahibkarlığa başlamanın hüquqi prosedurları və vergi uçotu” təlimi həyata keçirilib.

Təlimdə iştirakçılar sahibkarlığa başlamağın yolları, hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurları, vergi ödəyicilərinin uçotu, təsərrüfat subyektlərinin vergi uçotu və icarə müqavilələrinə olan tələblər, banklarda sahibkarlıq məqsədi ilə hesabların açılması qaydaları, sahibkarlıq fəaliyyətinin dayandırılması, ləğvi və bərpası qaydaları barədə məlumat alıblar. Həmçinin təlim zamanı iştirakçılar öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıb.

Təlimin sonunda isə iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə 2020-ci ilin sentyabr ayından etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.