Vergilər Nazirliyinin müvafiq əmri ilə 13 iyul 2016-cı il tarixdən 29 iyul 2016-cı il tarixədək dövlət vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının sertifikasiyasının növbəti təlimləri keçiriləcək. Təlimlər “Vergi qanunvericiliyi” (müvafiq fəaliyyət sahələrinə dair müddəalara üstünlük verilməklə) təlim blokundan ibarət olmaqla aparılacaq.
Qeyd olunan təlim bloku üzrə təşkil olunan təlimlər Vergilər Nazirliyinin elektron kitabxanasında mövcud olan “Onlayn təlim” sistemi vasitəsilə keçirilir. Təlimlərə səyyar vergi yoxlamasının aparılması sahələrində 64 əməkdaş cəlb olunmuşdur. Onlayn təlim 29 iyul 2016-cı il tarixədək davam edəcək.
Təlimin sonunda keçiriləcək imtahandan uğurla keçən əməkdaşlar (nəticələri 70%-dən yüksək olanlar) “Vergi inzibatçılığı” üzrə təlim blokunda iştirak edəcəklər.
Təlimlər Azərbaycan Respublikası vergilər nazirinin əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na və “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na uyğun şəkildə keçirilir.