XƏBƏRLƏR

“Sahibkarlığın təşviqində vergi siyasətinin rolu” mövzusunda onlayn seminar təşkil olunub

  17 mart 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akadamiyası, UNEC,  Odlar Yurdu Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri üçün “Sahibkarlığın təşviqində vergi siyasətinin rolu” mövzusunda onlayn seminar təşkil etmişdir.

  Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov seminarı giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun qəhrəmanlığı sayasində erməni işğalçıları üzərində qazanılmış qələbənin əhəmiyyətindən, bu tarixi hadisənin hər kəsdə yüksək əhval-ruhiyyə yaratmasından, eyni zamanda, dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşılmasından, bu baxımdan tələbələr üçün keçirilən təlim və seminarların mövcud faydalarından bəhs etmişdir və belə tədbirlərin mütəmadi keçirilməsi ilə bağlı təklifin nəzərə alınacağını bildirmişdir.

  Seminarda DVX-nın Tədris Mərkəzinin təlimçiləri Orxan Balayev və Aqşin Əliyev tərəfindən sahibkarlıq fəaliyyətinin hüquqi normaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, vergi ödəyicilərinin uçotu, sahibkarlığın dövlət tənzimlənməsi, bu istiqamətdə dövlətin apardığı uğurlu islahatlar və sahibkarlığın təşviq edilməsində vergi siyasətinin rolu ilə bağlı məsələlər barədə geniş müzakirələr aparılmış və  istirakçılar tərəfindən qeyd olunan mövzularda verilmiş suallar ətraflı cavablandırılmışdır. Görüş universitetlərin müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanmışdır.